İstanbulun \"Qalatasaray\" futbol klubu 19 yaşlı gənc futbolçu ilə 5 illik müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, \"cim bom\"un gənclərdən ibarət komandasında çıxış edən Merthan Caner Öztürk, keçən həftə \"Qalatasaray\"ın \"Benfika\" ilə keçirdiyi qarşılaşmasında cəmi 20 dəqiqə meydanda olmasına baxmayaraq sərgilədiyi oyunla baş məşqçi Fatih Terimin rəğbətini qazana bilib. Türkiyə mətbuatı xəbər verir ki, 19 yaşlı futbolçu \"Qalatasaray\"ın əsas heyətindəki ilk \"siftəsini\" \"Beşiktaş\"la bazar günü keşiriləcək derbidə reallaşdıra bilər. F.Terim gənc futbolçunu əzəli rəqibə qarşı keçirəcəkləri derbidə meydana buraxmağa hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB