"Fənərbxça" daha bir ulduz futbolçusunu itirdi!

"Fənərbxça" daha bir ulduz futbolçusunu itirdi!
İstanbulun "Fənərbaxça" futbol klubu, bazar günü "Şükrü Saracoğlu" stadionunda "Eskişehirspor"la keçirəcəyi qarşılaşma öncəsində ciddi itkilərə məruz qalıb. Siasport.az saytı xəbər verir ki, onsuz da bir aya yaxındır ki, 3-4 futbolçusu zədə üzündən heyətdə yer almayan İstanbul klubunda, daha bir ulduz futbolçunun "Eskişehirspor"a qarşı oynamayacağı məlum olub. Belə ki, "Fənərbaxça"nın qaradərili ulduz futbolçusu Yobo, futbol üzrə Nigeriya milli komandasının düşərgəsində keçirdiyi təlim-məşq zamanı dizindən ciddi zədə alaraq həkim müayinəsi altına düşüb. İstanbul klubundan verilən açıqlamada bildirilir ki artıq baş məşqçi Aykut Kocaman Yobonun mövqeyində oynaya biləcək futbolçu axtarışındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə