“Araz” Barselonada “Eyndhoven"in “dərsini” verdi!

“Araz” Barselonada “Eyndhoven"in “dərsini” verdi!
Futzal üzrə UEFA kubokunun elit-raundunda keçirdiyi ilk oyunu Naxçıvanın "Araz" komandası qələbə ilə başa vurub. Siasport.az saytı xəbər verir ki, İspaniyanın Barselona şəhərindəki "Palau Blauqrana" İdman Kompleksində Hollandiyanın "Eyndhoven" komandası ilə qarşılaşan "Araz" rəqibini 5:3 hesabı ilə məğlubiyyətə uğradıb. Təmsilçimizin heyətində hərəyə 2 dəfə Junior Rosenkler De Karvalyo (Tota), Amadeu Fernandes Da Silva Sorbinyo (Amadeu) fərqləniblər. Bir qolun müəllifi isə Vitali Borisov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə