“Hünər meydanı”nda sərbəst güləş üzrə gənclər yarışıblar

“Hünər meydanı”nda sərbəst güləş üzrə gənclər yarışıblar
"Sərhədçi" Olimpiya İdman Mərkəzində gənclər arasında "Hünər meydanı" respublika seçim turnirinin ilk günü sərbəst güləşçilər mübarizə aparıblar. Siasport.az saytı xəbər verir ki, yarışın ilk günü 8 çəki dərəcəsində 131 idmançı qüvvəsini sınayıblar. Turnirdə Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Kənan Quliyev (60 kq), Elçin Məmmədov (66 kq), Elcan Usubzadə (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq, Rusiya), Baday Məhəmmədov (96 kq, Rusiya) və Əli Məhəmməddabirov (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yarışın nəticələrinə əsasən, gənclərdən ibarət yunan-Roma və sərbəst güləş üzrə seçmə komandaların heyəti müəyyənləşəcək. Qalib və mükafatçılar seçmə komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə