"Araz" "Eyndhoven" klubunu 5:3 hesabı ilə məğlub edib

"Araz" "Eyndhoven" klubunu 5:3 hesabı ilə məğlub edib

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində təmsilçimiz "Araz" klubu ilk oyununu keçirib. Futzalçılarımız Hollandiyanın "Eyndhoven" klubu ilə qarşılaşıb. İspaniyanın Barselona şəhərindəki Palau Blauqrana İdman Kompleksində keçirilən "Araz" – "Eyndhoven" oyunu təmsilçimizin inamlı qələbəsi ilə başa çatıb.


Matçda hesabı hollandlar açsa da, Joze Alesionun yetirmələri toparlanaraq tezliklə təşəbbüsü ələ ala bilib.


Araz – Eindhoven - 5:3 (4:1)

Bali, 2 (0:1), Amadeu, 3 (1:1), Amadeu, 7 (2:1), Tota, 16 (3:1), Borisov, 17 (4:1), Zoutane, 33 (4:2), Bali, 36 (4:3), Tota, 39 (5:3)

Bütün xəbərlər Facebook səhifəmizdə