Futbol üzrə Türkiyə millisinin baş məşqçisi postuna gətirilən şəxsin adı məlum olub. Siasport.az saytı xəbər verir ki, bu posta "Büyükşehir Belediyespor" futbol klubunun baş məşqçisi Abdullah Avcı təyin olunub. Bu gün keçirilən mətbuat konfransında Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Ali Aydınlar bildirib ki, A.Avcının bu posta təyin olunmasından sonra, Türkiyə futbolunda yeni mərhələ başlayır. Qurum rəhbəri qeyd edib ki, o A.Avcının milli komandada ciddi dönüş yaradacağına inanır. TFF prezidenti, eyni zamanda keçmiş baş məşqçi Qus Hiddinqə, onunla olan müqaviləni qarşılıqlı olaraq ləğv etməyə raızılıq verdiyi və onları başa düşdüyünə görə təşəkkür edib. Yeni baş məşqçi isə ona göstərilən etimada görə təşəkkür edib, yaxın vaxtlarda ciddi işlərə başlayacağını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB