UEFA Avropa Liqasının formatını niyə dəyişir?

UEFA Avropa Liqasının formatını niyə dəyişir?
Mişel Platininin rəhbəri olduğu UEFA, gələn ildən Avropa Liqasının formatını dəyişməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki , sən demə gələn ildən başlayaraq futbol üzrə ölkə kubokunun qalibləri Avroliqanın birbaşa ikinci təsnifat mərhələsindən yox, ilk mərhələsindən mübarizəyə başlamalı olacaqlar. Maraqlıdır ki, bu, ilk növbədə UEFA-nın klub reytinqində 32-ci pillədən aşağıda yer alanlara şamil olunacaq. Azərbaycan sözügedən reytinq siyahısında 37-ci pillədə olduğundan, 2011/12 mövsümündə ölkə kubokuna sahib çıxan təmsilçimiz ilk mərhələdən mübarizəyə qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə