“Sumqayıt Şəhər”, “Qarabağ” dan sonra “Simurq”u da məğlub etmək iddiasındadır

“Sumqayıt Şəhər”, “Qarabağ” dan sonra “Simurq”u da məğlub etmək iddiasındadır

Futbol üzrə Unibank Premyer Liqasının son turunda səfərdə "Qarabağ" üzərində qələbə qazanan (2:1) "Sumqayıt Şəhər", qarşıdakı turda "Simurq"la keçirəcəyi oyunun hazırlığını davam etdirir. Siasport.az saytı xəbər verir ki, noyabrın 17-də "Dalğa Arena"da məşqə çıxan komanda tam heyətlə hazırlaşa bilmir. Millinin və U-21-in heyətindən qayıdan Andriy Popoviç, Bədavi Hüseynov, Emil Balayev, Ruslan Tağızadə, Emin Mustafayev və Hacı Əhmədov noyabrın 18-də komandaya qoşulacaqlar. 17 yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsindən qayıdan Orxan Əliyevlə Şamil Cəmaləddinov səhər məşqində iştirak ediblər. Zədəsini sağaltmış Abdulla Abatsıyev də artıq komandaya qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə