Futbol üzrə Türkiyə milli komandasının Xorvatiyaya acınacaqlı məğlubiyyəti, deyəsən milli komandanın üzvü olan futbolçuların da əsəblərini yamanca tarıma çəkib. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı, Türkiyə millisinin və İstanbulun \"Fənərbaxça\" futbol kubunun futbolçusu Emre Belözoğlu, 61 yaşlı qadın tərəfindən məhkəməyə verilməzdi. Siasport.az saytı xəbər verir ki, "Fənərbağça"nın yarımmüdafiəçisindən 61 yaşlı Nazlı D. adlı qadın şikayət edib. Bu şikayətin səbəbi də bəllidir. Sən demə, E. Belözoğlunun sürücüsü Alparslan Akyüz idarə etdiyi "34 EOT 75" nömrə nişanlı "Porsche" markalı avtomobilini noyabrın 5-də küçələrdən birində səkidə saxlayıb. Bu vaxt qızı ilə evindən çıxan Nazlı D. səkidə hərəkət edə bilməməsindən şikayətlənib. Nəticədə, qadınla futbolçu arasında mübahisə yaranıb. Belözoğlu avtomobili ilə olay yerindən ayrılsa da, Nazlı D. polis çağırıb. Sonra isə o, Polis İdarəsinə yollanaraq, Əmrə ilə sürücüsü Akyüzün onu təhqir etdiyini və hədələdiyini bildirib. Təhqiqat başlanılıb və tanınmış futbolçu sürücüsü ilə birgə gecə yarısı idarəyə gedərək ifadə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB