Dünən keçirilən "pley-off" oyunlarından sonra Avro-2012-nin final mərhələsində iştirak edəcək bütün komandaların adlarına aydınlıq gəlib. Artıq dekabrın 2-də Kiyevdə baş tutacaq püşkatma mərasimi öncəsi milli komandaların yerləşdiyi səbətlər də müəyyənləşib. Belə ki, 16 iştirakçı 4 səbətə bölünüb. Ukrayna ilə Polşa reytinqə əsasən yox, meydan sahibi olduqlarına görə ilk səbətdə yer alıb. İlk səbətdə ev sahibi Ukrayna və Polşa ilə yanaşı İspaniya, habelə Hollandiya milli komandaları yer alıb.
II səbətdə isə Almaniya, İtaliya, İngiltərə və Rusiya yığma komandaları qərarlaşıb. Xorvatiya cavab görüşündə Türkiyəni məğlub edə bilmədiyinə görə, Yunanıstan, Portuqaliya və İsveç milli komandaları ilə III səbətdə yer alıb.
Sonuncu, yəni IV səbətdə Danimarka, Fransa, İrlandiya və Çexiya yığmaları qərarlaşıb. Əsas diqqəti çəkən məqamlardan biri Almaniya yığmasının birinci səbətdə yer almamağıdır. Buna görə də püşkatmada Almaniya, İspaniya, Portuqaliya və Fransa milli komandaları bir qrupa düşə bilər ki, bu da "ölüm qrupu" sayılacaq.
Qeyd edək ki, püşkatma mərasimi dekabrın 2-də Bakı vaxtilə saat 21:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB