Toni Adams \"Qəbələ\"dən ayrıldı

Toni Adams \"Qəbələ\"dən ayrıldı

"Qəbələ" klubu baş məşqçisiz qalıb. İngiltərəli mütəxəssis Toni Adams tutduğu postdan istefa verib. 18 ay öncə Qəbələ təmsilçisinin "sükanı arxası"na keçən əfsanəvi britaniyalı bildirib ki, çox gözəl rəhbərliyi və üzvləri olan kollektivdən ayrılmaq çətin olsa da, ailəsi hər zaman daha önəmlidir: "Mən Qəbələyə böyük iddiaları olan futbol klubu yaratmağa və təcrübəmi bölüşməyə gəlmişdim. Burada həqiqətən də çox dəyərli vaxt keçirdim və ümid edirəm ki, gələcək üçün lazım olacaq bünövrəni qoya bildim. Ancaq təəssüf ki, ailə vəziyyətimlə əlaqədar "Qəbələ" klubunu tərk etmək məcburiyyətindəyəm".


"Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov isə Toni Adamsın istefası ilə bağlı bunları deyib: "Toni Adamsa qısa zaman kəsiyində gördüyü böyük işlərə görə təşəkkür edirəm. Məhz Adamsın köməkliyi və böyük futbol təcrübəsi sayəsində "Qəbələ" klubu irəliyə doğru böyük bir addım atdı. Ümid edirəm ki, bizim münasibətlərimiz uzun müddət davam edəcək".


Bütün xəbərlər Facebook səhifəmizdə