Güləş üzrə gənclər arasında “Hünər meydanı” respublika turniri keçiriləcək
Noyabrın 17-18-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində güləş üzrə gənclər arasında "Hünər meydanı" respublika seçim turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirin nəticələrinə əsasən gənclərdən ibarət yunan-Roma və sərbəst güləş üzrə yığma komandaların heyəti müəyyənləşəcək. Turnirdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB