Noyabrın 18-də İstanbulun Əhməd Cömərt idman salonunda Ümümdünya Boks Seriyasının (WSB) ikinci turunda Türkiyənin İstanbul Bosphorus və Azərbaycanın Baku Fires komandaları qarşılaşacaqlar. Siasport.az saytı xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Komandaların heyətləri artıq məlumdur. 54 kiloqram çəki dərəcəsində Azərbaycan boksçusu Qairbek Qermaxanov türkiyəli Murat Temur ilə döyüşəcək. Semyon Qrivaçyov isə (Azərbaycan) Türkiyə idmançısı Bünyamin Aydın ilə 61 kiloqram çəki dərəcəsində qarşılaşacaqdır. 73 kiloqram çəki dərəcəsində Türkiyə komandasının şərəfini qoruyan Caba Xositaşvili Məhəmməd Nurudzinov ilə, 85 kiloqram çəki dərəcəsində idmançımız Azamat Murtuzəliyev Sardor Beqaliyev ilə güclərini sınayacaqlar. 91 kiloqramda isə Hacı Murtuzəliyev (Azərbaycan) Viktor Zuyevlə döyüşəcək. Baku Fires İstanbula noyabrın 16-da yola düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB