İngiltərə yığması 43 ildən sonra İsveç millisini məğlub etdi!

İngiltərə yığması 43 ildən sonra İsveç millisini məğlub etdi!

Futbol üzrə İngiltərə millisi 43 ildən sonra İsveç yığmasını məğlub edib. Siasport.az saytı xəbər verir ki, "dumanlı albiom" təmsilçiləri, İsveçli Daniel Majstoroviçin öz qapısına vurduğu avtoqolla 1:0 hesablı qələbəni bayram ediblər. Son 43 ildə İsveç millisi ilə keçirdiyi 12 qarşılaşmada İngiltərə yığması 4 məğlubiyyət və 8 heç-heçə ilə meydandan ayrılmışdı. Bu qarşılaşmada eyni zamanda diqqəti çəkən əsas məqam isə, ilk dəfə 1872-ci ildə ilk rəsmi qarşılaşmasına çıxan İngiltərə millisinin 2000-ci qolunun müəllifi kimi məhz İsveçli D.Majstoroviçin tarixə düşməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə