Bakıda ağır atletika üzrə Bakı şəhər XI açıq turniri keçiriləcək

Bakıda ağır atletika üzrə Bakı şəhər XI açıq turniri keçiriləcək

Masazır Ağır Atletika Mərkəzində Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika üzrə Bakı şəhər XI açıq turniri keçiriləcək.


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 noyabrda keçiriləcək və yarışda 9 komanda mübarizə aparacaq. Turnir şəxsi və komanda xarakteri daşıyır. İdmançılar 56, 62, 69, 77, 85, 94, 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş oğulların xatirəsinin əziz tutulması, Milli Qəhrəmanın həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar, gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə