Gimnastlarımız Eylatda 2 qızıl, 4 gümüş və 9 bürünc medal qazanıblar
Azərbaycanlı gənc gimnast Ləman Hacızadə başa çatmaqda olan ilə yekun vuran beynəlxalq turnirlərdə uğurlu çıxışlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, bu dəfə o, İsraildə populyar Eylat kurort şəhərində medal qazanıb. Bir həftə bundan əvvəl Bolqarıstanda olduğu kimi 12 yaşlı bakılı qız 5 mükafatın hamısını qazanıb. Lent ilə hərəkətlər başa çatandan sonra birinci yerin sahibinin təyin edilməsi hakimlər üçün o qədər də çətin olmayıb. Onlar yekdilliklə birinci yeri L.Hacızadəyə veriblər. Balaca Ləman digər 4 növdə (halqa, top, gürz ilə hərəkətlər və çoxnövçülük) 4 gümüş medal qazanıb. 2000-ci il təvəllüdlü Züleyxa İsmayılova da Eylatda qızıl medal qazanmışdır. Beynəlxalq gimnastika yarışlarında ilk dəfə çıxış edən Züleyxa lent ilə hərəkətlərin finalında qalib gələrək, top, halqa ilə hərəkətlərdə və şəxsi birincilikdə isə 3 dəfə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Gülsüm Şəfizadə isə 4 bürünc medal qazanıb. O, 1998-ci il təvəllüdlü gimnastlar arasında top, gürz və lent ilə hərəkətlərdə, eləcə də çoxnövçülükdə çıxış edib. Daha iki gimnastımız 3-cü yeri tutublar. Bunlar 1997-ci il təvəllüdlü Mənsurə Bağıyeva (top) və Yekaterina Prokopenkodur (lent).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB