“UltraNeftçi” fanklubu Rəşad Abdullayevin cəzasının yüngülləşdirilməsini tələb edir!
"Xəzər Lənkəran"-"Neftçi" qarşılaşmasında baş verənlərlə bağlı "UltraNeftçi" fanklubu bəyanat yayıb. Siasport.az saytının verdiyi xəbər görə, bəyanatda deyilir: Premyer Liqanın XII turu çərçivəsində keçirilmiş "Neftçi" - "Xəzər Lənkəran" matçında parlaq qələbə qazandıq. Amma oyunun bitməsi ilə söz-söhbətlər başladı. Yarımmüdafiəçimiz Rəşad Abdullayevin hərəkətini şişirdib matçın dönüş nöqtəsi kimi qələmə verənlər var. Futbolçumuza klub daxilində cəza verilsə də, AFFA-nın İntizam Komitəsi daha sərt qərar qəbul etdi. Bu gün Rəşad kimi futbolçunun 4 oyunda meydana çıxmaması biz azarkeşləri narahat etməyə bilməz. İstər ötən mövsümdə, istərsə də bu mövsümdə digər klubların da futbolçuları oxşar hərəkətlər etmiş, cəzalandırılmış və sonradan apellyasiya komitəsinin qərarı ilə onların cəzaları yüngülləşdirilmişdi. Eyni rəftar "Neftçi"yə münasibətdə niyə təkrarlanmır? Biz azarkeşlər AFFA Apellyasiya və Ekspert Komitəsindən bir daha bu məsələyə baxılmasını və cəzanın yüngülləşdirilməsini xahiş edirik! Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində doğma komandamıza qarşı qərəzli fikirlər səsləndirənləri isə pisləyir və buna son qoyulmasını tələb edirik. "Neftçi" Azərbaycanda daha çox azarkeşi, tərəfdarı olan klubdur. Əlbəttə ki, komandamız bu sevgini oynadığı oyunlarla, ədalətli mübarizələrlə qazanıb. Biz həmişə sevimli komandamızın yanındayıq və bəyan edirik ki, klubumuza qərəzli münasibətlər davam olunarsa, azarkeş olaraq, adekvat addımlar atacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB