Qızlardan ibarət Azərbaycan millisi Maltada 4 yoldaşlıq oyunu keçirəcək
Noyabrın 17-dən dekabrın 5-dək Maltanın Valetta şəhərində futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Siasport.az saytı xəbər verir ki, toplanış çərçivəsində yığmamız 4 yoldaşlıq oyunu keçirəcək. Yığmamız noyabrın 23-də yerli "Hamrun Spartans U-17", noyabrın 25-də Maltanın U-17 komandası və dörd gün sonra "Hibernians U-17" klubu ilə qarşılaşacaq. Millimiz son oyununu da Maltanın U-17 komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB