“Bakı” “Evre” ilə qarşılaşacaq

“Bakı” “Evre” ilə qarşılaşacaq
Qadınlardan ibarət "Bakı" voleybol komandası Cellenc kuboku yarışlarının ikinci turunda Fransa "Evre" klubu ilə qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, "Bakı" ilk oyununu dekabrın 1-də Bakı İdman Sarayında keçirəcək. Xatırladaq ki, Cellenc kuboku yarışlarında debüt edən "Bakı" ilk turda Kiprin "Famaqusta" komandasını mübarizədən kənarlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə