"Qalatasaray" klubu Arda Turana böyük vəfasızlıq göstərdi...

"Qalatasaray" klubu Arda Turana böyük vəfasızlıq göstərdi...

Babası rəhmətə gedən türkiyəli futbolçu Arda Turan, daha bir zərbəni keçmiş komandasından alıb. Siasport.az saytı xəbər verir ki, idman və siyasət dünyasının önəmli şəxsləri "Atletiko Madrid"in türkiyəli futbolçusuna baş sağlığı diləmək üçün yas mərasiminə qatılsalar da, "Qalatasaray" rəhbərliyindən heç kim ulduz futbolçunun dərdinə şərik çıxmaq üçün yas yerinə gəlməyib. Neçə illərdir ki, şərəfini qoruduğu bir komandadan belə bir vəfasızlıq görmək A.Turana ağır gəlib. Belə ki, öz yaxınları ilə söhbətində ulduz futbolçunun "Qalatasaray" rəhbərliyinin bu vəfasızlığından bərk dilxor oduğu üzə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə