"Qalatasaray" "Tottenhem"in xorvat futbolçusuna "elçi düşüb"

"Qalatasaray" "Tottenhem"in xorvat futbolçusuna "elçi düşüb"
İstanbulun "Qalatasaray" futbol klubu Xorvatiya millisinin və İngiltərənin "Tottenhem" futbol klubunun 27 yaşlı ulduz futbolçusu Niko Kranjarı transfer etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbulda keçirilən Xorvatiya-Türkiyə qarşılaşmasını, "Qalatasaray" prezidenti Ünal Aysalla birlikdə "Türk Telekom Arena"da izləyən xorvatiyalı futbolçu, baş məşqçi Fatih Terimin razılıq verəcəyi təqdirdə İstanbul klubuna transfer oluna bilər.
Belə ki, "Qalatasaray" prezidenti ilə olduqca səmimi münasibət yaradan "Tottenhem"li futbolçunun da Türkiyədə futbol oynamağa müsbət yanaşdığı məlum olub. Xorvatiyalı ulduz futbolçu, eyni zamanda Mrmic, Tomas, Rapajic kimi xorvat futbolçuların da vaxtı ilə İstanbul klublarında gözəl futbol həyatı yaşadıqlarından xəbərdar olduğunu da dilə gətirib. Türkiyə mətbuatı isə iddia edir ki, "Qalatasaray" rəhbərliyi bu futbolçunu transfer etmək üçün "Tottenhem"ə 6 milyon avro təklif edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə