Kamran Ağayev “Xəzər Lənkəran”la müqaviləsinin müddətini yenidən artırdı!

Kamran Ağayev “Xəzər Lənkəran”la müqaviləsinin müddətini yenidən artırdı!
Son vaxtlar adı mənsub olıduğu klubdakı bir sıra qalmaqallarda hallanan milli komandanın qapıçısı Kamran Ağayev, "Xəzər Lənkəran"la müqaviləsinin müddətini artırıb. Siasport.az saytı xəbər verir ki, 25 yaşlı qolkiper müqavilənin şərtlərini mətbuata açıqlamaqdan imtina edib: "6 aya ehtiyac yoxdur. Mən klubla anlaşmamı artırmışam, uzun müddətli müqaviləm var. Əslində, müqavilə elə-belə şeydir, əsas insanın verdiyi sözdür". Ağayevin sözlərinə görə, bu müddətdə xaricdə oynamaq variantı olsa, gedişinə imkan yaradılacaq: "Xaricdə oynamaq ehtimalım olmasa, burdayam. "Xəzər Lənkəran"la 2 illik müqaviləm var. Belə götürəndə, daha çoxdur, uzunmüddətlidir. Mən gələcəkdə xaricdə oynamaq istəyirəm və təklif alaramsa, klub gedişimə əngəl yaratmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə