“Əvəzedici heyətin əksər üzvləri bir müddətdən sonra “Neftçi”nin əsas komandasında oynamağa hazır olacaqlar”
"İstənilən yaş qrupunda qarşıya qoyulan məqsəd güclü futbolçu yetişdimək və çempion olmaqdır ". Siasport.az saytı xəbər verir ki, bu sözləri Neftçi" PFK-nın əvəzedici heyətinin baş məşqçisi Elşad Əhmədov seyib. O bildirib ki, əvəzedici heyətdəki bir çox gənc futbolçu gələcəkdə əsas komandanın heyətində çıxış etməyə qadir olan perspektivli gənclərdir: "İstənilən yaş qrupunda qarşıya qoyulan məqsəd güclü futbolçu yetişdimək və çempion olmaqdır. İndiki vəziyyətdə yarış cədvəlinə biz liderlik edirik. Özü də digər klublarla müqayisədə, bizim əvəzedici heyətimizdə əcnəbi futbolçu yoxdur. Futbolçu yetişdirməyə gəlincə, əvəzedici heyətin əksər üzvlərinin bir müddətdən sonra əsas komandada oynamağa hazır olacaqlarını düşünürəm. Misal üçün Emin Mehtiyev, Kərim Diniyev və digərlərinin adlarını çəkə bilərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB