"Gələn il Sumqayıtda və Gəncədə yeni stadionların inşasına başlanacaq"
Gələn il Sumqayıtda 15 min yerlik yeni stadionunun inşasına başlanacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib. AFFA prezidenti bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidənqurulması ilə bağlı layihə hazırlanıb: "Gələn ilin əvvəlindən Sumqayıtda 15 minlik yeni stadionunun inşasına başlanacaq. Bu, Sumqayıtda futbolun inkişafına böyük təkan verəcək. Eyni zamanda, Gəncə şəhər stadionunun yenidən qurulması məqsədi ilə layihə hazırlanır. Layihə tez bir zamanda hazır olacaq və gələn il orada da yenidənqurma işləri aparılacaq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB