Azərbaycanın ağır atletləri London Yay Olimpiya Oyunlarına beş lisenziya qazanıb
Azərbaycanın ağır atletika üzrə milli komandası Fransada keçirilən dünya çempionatındakı çıxışına yekun vurub. SİA-nın verdiyi xəbərə görə, kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatında Azərbaycan yığması uğurla çıxış edib. Kişilərin yarışında idmançılarımızın əldə etdiyi 162 xal atletlərimizə 2012-ci ildə Londonda keçiriləcək 30-cu Yay Olimpiya Oyunlarına 5 lisenziya qazandırıb. Qadın idmançılarımız isə dünya çempionatında lisenziyaya əldə edə bilməyiblər.
Qeyd edək ki, bununla da Azərbaycan idmançılarının qazandığı lisenziyaların sayı 28-ə çatmıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB