“Əsas məqsədimiz “Neftçi” adına layiqli futbolçular yetişdirməkdir”
"Neftçi" Uşaq və Gənclər Futbol Məktəbinin baş məşqçisi İqor Getman aşağı yaş qrupları üzrə komandanın çıxışlarını qiymətləndirib. Siasport.az saytı xəbər verir ki, bir vaxtlar "Neftçi"nin ulduz futbolçularından sayılan İ.Getman, komandanın gələcəkdə yaxşı perspektivli futbolçulara sahib olacağını bildirib. "Uşaq futbolçulardan ibarət komandaların çıxış etdiyi çempionatlara nəzər yetirin. "Neftçi" demək olar, bütün yaş qrupları üzrə komandalar arasında birincidir. Əlbəttə, əsas məqsəd güclü oyunçular yetişdirməkdir. Sevinirəm ki, əziyyətimiz bəhrəsini verir. Xüsusən də klub prezidenti Sadıq Sadıqovun göstərdiyi qayğını vurğlamaq istəyirəm. Onun əməyi sayəsində biz bu uğurlara nail olmuşuq. Çalışırıq ki, bu gün flaqmanın formasını geyinən hər bir uşaq gələcəkdə əsas komadaya layiqli bir üzv olsun" - deyə Getman bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB