"Neftçi" PFK-nın 16 yaşlı futbolçulardan ibarət komandasının baş məşqçisi İslam Kərimov, klubun rəsmi saytına verdiyi açıqlamada, bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis, komadasının hazırkı çıxışını dəyərləndirib: "Biz hazırda U-16 liqasının lideriyik. Bu çempionatlarda qələbə qazanmaq uğurla çıxış etmək zəncirvari prosesdir. Əgər bu gün biz yaxşı çıxış ediriksə, deməli bizdən aşağı yaş qruplarında da düzgün iş aparılır. Bildiyiniz kimi, komandamızda Anatoli Banişevski kimi əfsanəvi futbolçunun nəvəsi də oynayır. Bu isə o deməkdir ki, "Neftçi" futbol tarixini və ənənəsini qoruyur. Klub rəhbərliyinin qayğısı ilə "Neftçi" hələ çox Banişevskilər yetişdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB