İstanbulun "Fənərbaxça" futbol klubu, daha bir futbolçusu ilə qış transfer dövründə vidalaşmaqa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "sarı lacivərtlilər", futbol üzrə Türkiyə millisinin də heyətində çıxış edən Semih Şentürk ilə yolları ayırmaqda israrlıdır. Belə ki, keçən mövsüm İspaniyanın "Deportivo" futbol klubunun israrla heyətinə qatmaq istədiyi, amma "Fənərbaxça"nın transferinə mənfi cavab verdiyi S.Şentürk, meydanda əvvəlki futbol texnikasını ortaya qoya bilmədiyinə görə artıq İstanbul klubu üçün ağır yükdən başqa heç bir əhəmiyyət daşımır. Belə ki, Türkiyə mətbuatı baş məşqçi Aykut Kocamanın da S.Şentürkün transferə çıxarılmasına müsbət yanaşdığını və klub rəhbərliyinin də futbolçu üçün bundan sonra gələcək bütün transfer təkliflərini gözdən keçirməyə hazır olduğunu yazır. Türkiyəli həmkarlarımız, hətdda bu məsələnin hazırda Metris həbsxanasında olan klub prezidenti Əziz Yıldırım ilə də razılaşdırıldığını qeyd edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB