İstanbulda Xorvatiya yığmasına 0:3 hesablı acınacaqlı məğlubiyyətdən sonra artıq Avro-2012-yə qatılmaları heç möcüzəyə də bağlı olmayan Türkiyə millisində tək sıxıntı baş məşqçi Qus Hiddinqin istefaya göndərilməsi ilə bağlı deyil. Siasport.az saytı xəbər verir ki, cümə günü baş məşqçini qorxaq futbol oynaymaqda və hazırkı uğursuzluqlarda ittiham edən milli futbolçu Arda Turanın da bundan sonra Türkiyə millisində çıxış edib-etməyəcəyi sual altındadır. Türkiyə mətbuatı, İspaniyanın "Atletiko Madrid" futbol klubunda çıxış edən A.Turanın bu açıqlamadan sonra, həttda Q.Hiddinqin istefaya göndərilməsindən sonra da Türkiyə millisində çıxış etməyəcəyini yazırlar. Türkiyəli həmkarlarımız, Türkiyə Futbol Federasiyasının (TFF) bu açıqlamadan sonra, digər milli futbolçulara da dərs olsun deyənə A.Turana ciddi cəza verəcəyini qeyd edirlər. Eyni zamanda "Atletiko"lu futbolçunun da artıq Türkiyə millisində çıxış etmək fikrində olmadığı barədə məlumatlar gündəmdə yer alır. Məlumata əsasən A.Turan bundan sonra əsas diqqətini İspaniya klubundakı gələcək koryerasına yönəldəcəyini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB