İstanbulun "Beşiktaş" futbol klubu, gələn həftə oynayacaqları "Qalatasaray" derbisinə hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, Türkiyə Superliqası çərçivəsində keçən turda öz meydanında acınacaqlı məğlubiyyətə düçar olan İstanbul klubu, azarkeşlərini əzəli rəqiblərindən olan "Qalatasaray"ı məğlub etməklə "Beşiktaş"lı azarkeşləri sevindirmək istəyir. Baş məşqçi Karvalhal isə derbi qarşılaşmasında əsas qolkiper kimi ilk 11-liyə Rüştü Rəncbərin adını daxil edib. Portuqaliaylı futbol mütəxəssisi nədənsə "Beşiktaş"ın gənc qolkiperi Cenkə bu qarşılaşmada yer verməyib. Görünür derbinin ağır məsuliyyəti, portuqaliyalını işini elə indidən möhkəm tutmağa və neçə-neçə derbilər yola salan R.Rəncbərə güvənməyə vadar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB