Quss Hiddinq: "Türkiyə-Xorvatiya oyunu, "kişilərlə uşaqların qarşılaşması" idi"
Futbol üzrə Türkiyə millisinin Xorvatiya yığmasına 0:3 hesablı rüsvayçı məğlubiyyətindən sonra, işinə xitam verildiyi barədə məlumat verilən Quss Hiddinq, dünən axşam jurnalistlərə bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, Türkiyə millisinin əksər üzvlərinin futbol oynamaq bir yana, hətta ayaqlarını belə ardınca çəkə bilməmələrinə və meydandakı hərəkətsiz durmalarına etiraz edən hollandiyalı mütəxəssis, Türkiyə-Xorvatiya qarşılaşmasını, "kişilərlə uşaqların qarşılaşması" adlandırıb. Bu açıqlama isə hazırda Türkiyə mətbuatında əsas müzakirə mövzusudur. Türkiyə mətbuatı bu açıqlamaya görə Q.Hiddinqi ciddi tənqid atəşinə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB