Dünən İstanbulda Avro-2012-nin seçmə mərhələsinə qatılmaq üçün Xorvatiya millisi ilə pleyy-off qarşılaşmasına çıxan futbol üzrə Türkiyə yığması, acınacaqlı da olsa meydandan 0:3 hesablı məğlubiyyətlə ayrılıb. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Quss Hiddinqin yetirmələri hamını şoka salan bir şəkildə meydanda əzmkar futbol oynamaq əvəzinə, sadəcə gəzişməklə "məşğul" olublar.
Bu nəticədən sonra, Zaqrebdə keçiriləcək cavab qarşılaşmasının Türkiyə millisi üçün heç bir əhəmiyyət daşımadığını nəzərə alsaq, o zaman noyabrın 15-də axşam Xorvatiyanın Avro-2012-yə qatılmaq üçün Polşa və Ukraynaya bilet sifariş verməsinin vacibliyini söyləməli olacayıq. Qarşılaşmadan sonra təcili toplantı keçirən Türkiyə Futbol Federasiyası (TFF) isə hollandiyalı mütəxəssislə yolları ayırmaq barədə qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB