"Joze Maurinyo dünyada ən yaxşı futbol mütəxəssisidir"

"Joze Maurinyo dünyada ən yaxşı futbol mütəxəssisidir"
İspaniya la Liqasında əzəli rəqib olan "Real" və "Barselona"nın baş məşqçisləri Xose Qvardiola və Joze Maurinyo, zaman-zaman bir-birləri barədə verdikləri açıqlamalarla gündəmdə olublar. Siasport.az saytı xəbər verir ki, bu dəfə katalon klubunun baş məşqçisi X.Qvardiola, Madird "Real"ındakı həmkarı haqqında dediyi tərifli sözləri ilə diqqət mərkəzinə düşüb.
"AS" qəzetinə eksklüziv açıqlamalar verən "Barselona"nın baş məqşçisi, J.Maurinyonu mübaligəsiz olaraq dünyanın ən yaxşı futbol mütəxəssisi adlandırıb. Yaxşı baş məşqçi ola bilmək üçün futbolçu olmağın vacib olmadığını deyən "Barselona"nın baş məşqçisi, buna misal olaraq J.Maurinyonu və Arrigo Sakkini göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə