Bakı İdman Sarayında qadınlar arasında voleybol üzrə avropa olimpiya təsnifat turnirinin yarımfinal görüşlərindan artıq biri arxada qalıb. Siasport.az idman portalının verdiyi məlumata görə, Ukrayna yığmasını məğlub etmiş Bolqarıstan ilk finalçı olub. Birinci hissəni 25:22 hesabı ilə aktivinə yazdırmış bolqarlar, ikinci partiyada da üstün tərəf olub, 25:20. Ukraynalılar 3-cü taymda hesab arasındakı fərqi azaltsalar da, onların bundan artığına gücü çatmayıb. Sonuncu, 4-cü hissəni 25:23 hesabı ilə qazanmış Bolqarıstan yekunda 3-1 hesablı qələbə sayəsində adını həlledici görüşə yazdırıb.
Gəray Qiyasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB