Gələn il Azərbaycanda 17 yaşlı qızlar arasında təşkil olunacaq futbol üzrə dünya çempionatının hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə gələn FİFA nümayəndə heyətinin səfəri davam edir. FİFA rəsmiləri mundialın təşkil olunacağı Bakı və Lənkəran şəhərlərindəki stadionlara da baxış keçiriblər. FİFA-nın Media ilə Əlaqələr üzrə meneceri Monika Huser Azərbaycanda görülən işlərdən razı qalıb. "Bu, bizim Azərbaycana 3-cü səfərimizdir. Əvvəlki səfərlərimiz fevral və iyun aylarına təsadüf etmişdi. İyunda Azərbaycan futbolunun 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Həmçinin "Dalğa Arena"nın açılış mərasimi keçirildi. Bu səfərimizdə də stadionların vəziyyəti ilə tanış olduq. Deyə bilərik ki, çox işlər görülüb, əməkdaşlarınız çox həvəslə çalışırlar. Qarşıda bizi daha məsuliyyətli işlər gözləyir. Gələn il Azərbaycanda keçiriləcək dünya çempionatına ciddi hazırlıq gedir. Əminliklə deyə bilərik ki, bütün ölkə bu yarışı səbirsizliklə gözləyir. FİFA Azərbaycanda görülən işləri yüksək qiymətləndirir". Qeyd edək ki, FİFA rəsmilərinin səfəri sabah başa çatacaq.
Gəray Qiyasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB