Bosniyalı azarkeşlər Ronaldonu özündən çıxartdılar!

Bosniyalı azarkeşlər Ronaldonu özündən çıxartdılar!
Avro-2012-nin final mərhələsinə qatılmaq üçün Bosniya və Hersoqovina millisi ilə pley-off qarşılaşmasına çıxacaq Portuqaliya yığmasında hər şey əla vəziyyətdədir. Siasport.az saytı xəbər verir ki, dünən Bosniyaya gələn portuqaliyalılarda heç bir zədə və ya başqa bir problemin olmadığı məlum olub.
Amma yeganə qanqaraldıcı hadisə, Sarayevo hava limanında bosniyalı azarkeşlərin Portuqaliya millisinin forvardı Kriştiyanu Ronaldonu əməllicə qəzəbləndirmələri olub. Belə ki, rəqib azarkeşlər \"Real\"ın ulduz futbolçusunu hava lıimanındaca fitə basaraq, onu \"Messi\", \"Messi\" deyə çağırıblar. Amma bosniyalı futbol azarkeşlərinin dəcəlliyi bununla da bitməyib. Belə ki, açıq havada təlim məşq toplanışına çıxan portuqaliyalı ulduz futbolçu, burda da dinclik tapmayıb. Yerli azarkeşlərin ona qarşı yönələn hərəkətlərindən bezən K.Ronaldo isə, bosniyalı azarkeşlərə əl işarəsi ilə təhqiredici \"jest\" edərək sakitləşə bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə