\"Qalatasaray\" qış transfer dövründə \"ulduz əməliyyatı\"na başlayır...

\"Qalatasaray\" qış transfer dövründə \"ulduz əməliyyatı\"na başlayır...

İstanbulun \"Qalatasaray\" futbol klubu qış transfer fasiləsində, heyətini bir sıra ulduz futbolçularla gücləndirməyi nəzərdə tutan \"ulduz əməliyyatı\" həyata keçirməyi planlaşdırır. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhəngi yeni mövsümü Türkiyə çempionu kimi başa vurmağı və UEFA Çempionlar Liqasına birbaşa vəsiqə qazanmağı nəzərdə tutan plan üzrə hərəkət etməyə başlayıb. Türkiyə mətbuatının yazdığına görə, baş məşqçi Fatih Terim, \"Qalatasaray\" prezidenti Ünal Aysal və vitse prezident Ali Koç tərəfindən hazırlanan bu plana əsasən, \"cim bom\" rəhbərliyi qış transfer dövründə komandanın hücum xəttini və müdafiə cinahlarını güclü texnikalı futbol oynamağı bacaran futbolçular hesabına qüvvətləndirmək, fevral ayından başlayaraq xal itkilərini tamamilə minimuma endirməyi və əzəli rəqibləri olan \"Fənərbaxça\"nı ən azı 7-8 xal fərqi ilə geridə buraxmağı planlaşdırırlar. Türkiyə mətbuatına əsasən, artıq elə indidən \"Qalatasaray\" prezidentinin menecer korpusu, siyahıda adları olan futbolçularla və onların menecerləri ilə danışıqlar aparmağa baışayıblar və bu iş mediyadan gizli saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə