Bu gün futbol üzrə Türkiyə millisi Avro-2012-nin pley-off mərhələsi çərçivəsində İstanbulda Xorvatiya millisi ilə üz-üzə gələcək. Siasport.az saytı xəbər verir ki, hələ 2008-ci ildə keçirilən futbol üzrə Avropa çempionatının 4/1 final qarşılaşmasında Xorvatiya millisini mundialdan kənarlaşdıran "ay ulduzlular", bu dəfə daha ağır sınaq qarşısındadırlar. Belə ki, öz meydanlarında xorvatlara məğlub olsalar və ya qollu heç-heçə qeydə alınsa, o zaman Türkiyə millisini Zaqrebdə olduqca gərgin mübarizə gözləyəcək. Çünki Xorvatiya millisi də İstanbuldan nəyin bahasına olursa-olsun sərfəli nəticə ilə dönməyi planlaşdırır və bu fikri baş məşqçidən tutmuş futbolçulara qədər hər kəs dönə-dönə açıqlamaqdan yorulmur.
Türkiyə millisinin düşərgəsindən də iddialı açıqlamalar gəlməyə başlayıb. Belə ki, Volkan Dəmirəl, Arda Turan, Sercan Yıldırım, Hakan Ünal, Emre Belazoğlu kimi futbolçular, bu günkü qarşılaşmanın Türkiyə millisinin gələn il Polşa və Ukraynada keçiriləcək Avro-2012-yə qatılıb-qatılmayacağını müəyyənləşdirəcəyini açıqlayıblar. Türkiyəli futbolçuların açıqlamalarından da görünən odur ki, bugünkü qarşılaşma Türkiyə millisi üçün, sözün əsl mənasında "ya ölüm, ya qalım" prinsipi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB