Avropa çempionatında ilk medal Rəcəblidən gəldi

Avropa çempionatında ilk medal Rəcəblidən gəldi

Avstriyanın Laybnits şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilir. Veteranlarımız artıq ilk yarış günü medal qazanmağa nail olub. Siftə 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fərhad Rəcəblidən gəlib. İlk görüşdə rusiyalı İqor Zinovkini məğlub etmiş cüdoçumuz növbəti döyüşündə Zinovkinin həmyerlisi Andrey Kloyanla bacara bilməyib. Lakin Andreyin finaladək irəliləməsi Fərhada bürünc medal qazanmaq imkanı yaradıb. Təsəlliverici görüşlərdə isə ardıcıllıqla Jan-Mişel Puje (Fransa) və Vladimir Pomyateevdən (Rusiya) güclü olmuş təmsilçimiz sonda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, noyabr ayının 13-də yekun vurulacaq qitə çempionatında ölkəmizin idman şərəfini 7 cüdoçu qoruyur.


Gəray Qiyasov

Bütün xəbərlər Facebook səhifəmizdə