Qadın voleybolçularımız üçün Çexiya səddi...

Qadın voleybolçularımız üçün Çexiya səddi...

Bu gün Bakı İdman Sarayında qadınlar arasında voleybol üzrə Avropa olimpiya təsnifat turnirinin yarımfinal görüşləri keçiriləcək. Ötən gün Danimarka üzərində 3-0 hesablı qələbə qazanaraq adını ən güclü 4 komanda sırasına yazdırmış yığmamız fınala vəsiqə qazanmaq üçün bu gün çexiyalı həmcinslərinə də eyni aqibəti yaşatmalıdır. Qeyd edək ki, Faiq Qarayevin yetirmələri bu matça itkilərlə çıxacaq. Nataliya Məmmədova və Yelena Parxomenko zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Azərbaycan – Çexiya matçı saat 18:30-da başlayacaq.

Bu görüşdən əvvəl isə yarımfinal mərhələsinin digər cütündə Bolqarıstan və Ukrayna seçmələri münasibətlərinə aydınlıq gətirəcək. Xatırladaq ki, yalnız yarışın qalibi olacaq komanda mayda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq lisenziya turnirinə vəsiqə qazanacaq.


Gəray Qiyasov

Bütün xəbərlər Facebook səhifəmizdə