"Porto"nun uruqvaylı ulduz futbolçusu "Qalatasaraya "yaşıl işıq yandırdı"...
İstanbulun "Qalatasaray" futbol klubu daha bir əcnəbi futbolçunu "gözaltı edib". Siasport.az saytı xəbər verir ki, qış transfer dövründə hücum xəttini gücləndirmək üçün elə indidən komandaya cəlb etmək istədiyi futbolçuları "saf-çürük etməyə" başlayıb. "Cim-bom"un transfer siyahısında yer alan "Porto"nun uruqvaylı hücumçusu Kristiyan Rodriges isə, elə indidən "Qalatasaray"lı olmağa hazır olduğunu nümayiş etdirib.
Belə ki, İstanbul klubunun onunla ciddi olaraq maraqlandığını duyan uruqvaylı futbolçu, "Porto"nun müqavilə müddətini uzatmaqla bağlı təklifinə münasibət bildirməyərək, bunu qeyri-dəqiq müddətə təxirə salıb. Daha doğrusu, o İstanbul klubundan "yaşıl işıq" gözləyir. Görünən odur ki. 26 yaşındakı futbolçu "Porto" ilə yollarını ayırmağa və qış transfer dövründən sonra "Qalatasaray"a keçməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB