Son iş yeri İngiltərənin "Çelsi" futbol klubu olan italiyalı futbol mütəxəssisi Karlo Ançelotti indi də üzünü Fransa futboluna tərəf çevirib. Siasport.az saytı xəbər verir ki, "Çelsi"dəki uğursuz fəaliyyətinə görə Roman Abromoviçin komandadan qovduğu italyan futbol mütəxəssisi, çox güman ki, yaxın vaxtlarda Fransanın "PSJ" klubunu çalışdıra bilər. Fransada nəşr olunan "Le Parisien" nəşri məlumat yayıb ki, italiyalı mütəxəsis Parisdə iki gün olub və bu iki gün ərzində Paris klubunun direktoru Leonardo və direktorlar şurasının sədri olan Naser Al-Xelayfi ilə görüşlər keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB