FİFA nümayəndələri “Dalğa Arena”da!

FİFA nümayəndələri “Dalğa Arena”da!

U-17 futbol üzrə qadınlararası dünya çempionatının gələn il Azərbaycanda keçirilməsi ilə əlaqədar hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə gələn FİFA nümayəndə heyətinin səfəri davam edir. Siasport.az saytı xəbər verir ki, FİFA rəsmiləri AFFA tərəfindən inşası davam etdirilən 8-ci kilometr və Bayıl qəsəbəsindəki stadionlara baxış keçiriblər. Beynəlxalq futbol qurumunun nümayəndələri noyabrın 10-da AFFA Futbol Mərkəzindəki "Dalğa Arena" və Bakıdakı bir sıra otellərlə tanış olublar.
Xatırladaq ki, tərkibinə Oliver Vogt (yarışların təşkili), Nerico Digues (inzibati işlər), Sonia Denouncourt (hakimlik), Kim Yew (marketinq), Alexandra Knoke (TV), Stefan Uistuba (HBS televiziyası), Monika Huser (media), Mathev Harding (otellərlə iş), Heike Ulrich (FIFA qadınlararası dünya çempionatı Almaniya 2011-in Yerli Təşkilat Komitəsinin üzvü), Kevan P
ipe (bilet satışı, Kanada Futbol Federasiyasının sabiq baş katibi), Dietmar Eufinger (arxitektura), Mayrilian Cruz Blanco (milli assosiasiyalar və inkişaf), Rolf Kaderli (İT menecer) və Oscar Orellananın (FIFA lisenziyalı konsaltinq şirkəti) daxil olduğu nümayəndə heyəti noyabrın 6-dan ölkəmizdə səfərdədir. FİFA rəsmilərinin səfəri noyabrın 12-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə