“Baku Fires” komandasının heyəti açıqlanıb

“Baku Fires” komandasının heyəti açıqlanıb

Dünya Boks Seriyası (WSB) 2011/2012-ci il mövsümü üçün komandaların heyətlərini elan edib. Siasport.az saytı xəbər verir ki, turnirdə "Baku Fires" komandası ölkəmizin şərəfini qoruyacaq.
London Yay heyətinə 15 boksçu daxil edil
ib. Onlardan səkkizi ötən mövsümdə də Olimpiya Oyunlarına vəsiqə qazanan boksçularımız - dünya çempionu Məhəmmədrəsul Məcidov və Soltan Miqitinov – bu il də "Baku Fires" komandaları üçün mübarizə aparacaqlar. Komandaya yeni qoşulan idmançılardan ötən ilin Avropa çempionatının bürünc mükafatçısı belaruslu Nikolay Veselov və 2009-cu ilinAsiya çempionatının bürünc mükafatçısı, tacikistanlı Mədadi Naqzibəyovu qeyd etmək olar. Xatırladaq ki, Bakıda 2011/2012-ci il mövsümünün ilk oyunu noyabrın 12-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək. Rəqib Çinin "Wuxi Dragons" klubu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə