Xosep Qvardiola: \"Əgər \"Real\" liderdirsə, deməli biz pis oynayırıq!\"

Xosep Qvardiola: \"Əgər \"Real\" liderdirsə, deməli biz pis oynayırıq!\"
İspaniyanın bir-birinin əzəli rəqibi olan iki nəhəng futbol klubu - Madrid \"Real\"ı və \"Barselona\" arasındakı mübarizə getdikcə qızışır. Siasport.az saytı xəbər verir ki, keçən mövsümdə həm İspaniya La Liqasında, həm də UEFA Çempionlar Liqasında əzəli rəqibini məğlubiyyətə uğradaraq əksər titullardan məhrum edən katalon klubu bu il bunun tam əksini nümayiş etdirir. Belə ki, hazırkı durumda \"Real\" \"Barselona\"dan \"bir baş\" üstün görünür. Artıq klub rəhbərliyi də bunu etiraf etməyə başlayıb.

Belə ki, yeni mövsümdə ard-arda qızıl xallar itirərək Madrid \"Real\"ından 3 xal geri qalan \"Barselona\"nın bu mövsüm heç də uğurla çıxış etmədiyini baş məşqçi Xosep Qvardiola da dilə gətirib. İspaniyalı həmkarlarımızla söhbətində X.Qvardiola bildirib ki, əgər əzəli rəqibləri olan \"Real\" bu gün turnir cədvəlinin birinci sırasındadırsa və onlardan 3 xal irəlidədirsə, deməli \"Barselona\"nın bu mövsümdə uğurlu çıxışından danışmaq çox yersizdir. Xüsusilə, son qarşılaşmalarda qızıl kimi xallar itirdiklərini acı təəssüflə yada salan baş məşqçi bütün bunlara baxmayaraq qarşıdakı oyunlarda var gücləri ilə mübarizə aparacaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə