Qvardiola etiraf etdi: "Madrid "Real"ı bizdən əla oynayır!"

Qvardiola etiraf etdi: "Madrid "Real"ı bizdən əla oynayır!"
İspaniyanın bir-birinə əzəli rəqib olan iki futbol komandası,-Madrid "Real"ı və "Barselona" arasındakı rəqabət, getdikcə qızışmaqdadır. Siasport.az saytı xəbər verir ki, Madrid təmsilçisinin bu yeni mövsümdə ard-arda qızıl xallar itirən əzəli rəqibindən fərqli olaraq daha yaxşı çıxış etməsi və hazırda La Liqada turnir cədvəlinin yuxarı pilləsində qərarlaşması deməyə əsas verir ki, kral klubu, əzəli rəqibindən "bir baş" üstün durumdadır.
Bunu elə "Barselona"nın baş məşqçisi Xose Qvardiola da təsdiq edir. İspaniyalı həmkarlarımıza verdiyi açıqlamada "Barselona"nın baş məşqçisi bildirib ki, əgər Madrid "Real"ı La Liqanın lideridirsə və onlardan 3 xal irəlidədirsə, deməli katalon klubunun yaxşı çıxış etməsindən danışmaq yersizdir. Hər şeyin ədalətlə dilə gətirilməsindən yana olduğunu deyən X.Qvardiola, əzəli rəqiblərinin La Liqada əla oyun nümayiş etdirdiyini də dilə gətirib. "Barselona"nın baş məşqçisi, bütün bunlara baxmayaraq qarşıdakı turlarda itirdikləri xalları kompensasiya etmək üçün var qüvvələrini ortaya qoyacaqlarını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə