ABŞ-lı boksçu 1971-ci ildə \"əsrin döyüşü\"ndə Məhəmməd Əlini məğlub edən ilk rəqib olaraq tarixə düşmüşdü, ancaq müsəlman boks əfsanəsinin İslam dünyasındakı pərəstişkarlarını olduqca üzmüşdü.
SİA-nın xəbərinə görə, 1970-ci illərdə Məhəmməd Əlinin ən böyük rəqibi olan amerikalı boksçu Jo Freyzer həyatını itirib. Ailəsi 67 yaşındakı keçmiş dünya çempionunun qaraciyər xərçəngindən öldüyünü bildirib.
İtkisi ilə idman aləmini yasa bürüyən Freyzer bir vaxtlar müsəlman dünyasında sevilməyən idmançılar arasında olub.
Bunun səbəbi isə ABŞ-lı əlcək ustasının gəlmiş-keçmiş ən böyük boksçu olaraq adlandırılan və müsəlmanlığı seçdikdən sonra hər bir müsəlman ölkəsində də geniş pərəstişkar kütləsi qazanan Məhəmməd Əlini məğlub edən ilk rəqibi olaraq tarixə düşməsi idi. 8 Mart 1971-ci ildə \"əsrin döyüşü\" olaraq adlandırılan idman mübarizəsində rəqibini yerə yıxan Jo Freyzer Məhəmməd Əlinin ekran qarşısında qazanmasını gözləyən milyonlarla pərəstişkarlarını da bir xeyli üzmüşdü.
Smokin Jonun sol yumruğu rəqiblərinin ən böyük kabusu idi
Ancaq daha sonra Məhəmməd Əli əvvəlcə 1974-cü ildəki 12 raundluq matçda, 1975-ci ildə isə Filipinlərin paytaxtı Manilada Freyzeri məğlub edərək o günün qisasını almışdı. Freyzer isə boks üzrə ağır çəkidə çempionluq ünvanını 1970-ci ildə Cimmy Ellisi məğlub edərək əldə etmiş və bu ünvanı sonralar da dörd dəfə qorumağı bacarmışdı.
\"Smokin Jo\" olaraq tanınan Freyzer ağır çəki standartlarına uyğun gəlməməsinə baxmayaraq rəqiblərini sərt yumruqlarıyla nokaut etməyi bacarırdı. Xüsusilə məşhur sol yumruğu bir çox rəqibinin hələ görüşün ilk saniyələrində rinqi tərk etməsinə səbəb olurdu. Peşəkar karyerasında qazandığı 32 görüşün 27-ni nokautla bitirən amerikalı boksçu, 2-si Məhəmməd Əliyə olmaq üzrə yalnız 4 dəfə məğlub olub, 1 dəfə də rinqdən heç-heçə ayrılıb.
O illərin pərdə arxası
Əvvəl dost sonra rəqib idilər
Deyilənlərin əksinə olaraq Məhəmməd Əli ilə Jo Freyzer arasında rəqabətdən daha çox bir dostluq olub. Ən ağır zamanında ondan yardım görüb. Freyzerlə Əli rinqdə nə qədər döyüşsələr döyüşsünlər, çox yaxşı bir yoldaş və dostlar idi. Məhəmməd Əli hərbi xidmətə getməyi rədd etdiyi üçün 5 il həbs cəzası almış, daha sonra bu cəza 3 il 5 aya endirilmişdi. Həmin müddətdə Məhəmməd Əliyə gerçək dost əlini uzadan adam da ən böyük rəqibi Freyzer olmuşdu. Bu çətin dövrdə Məhəmməd Əliyə həm maddi, həm də mənəvi çox köməklik etmişdi
Arxasınca nələr dedilər?
Məhəmməd Əli: \"Dünya möcüzə bir çempionu itirdi. Jonu hər vaxt hörmət və heyranlıqla xatırlayacağam\"
Corc Forman: (Ağır çəkidə keçmiş dünya çempionu) \"Rahat yat Jo Freyzer. Səni sevirəm dostum\"
Bob Arm: (meniceri) \"Məhəmməd Əli ilə keçirdikləri görüşlər sözlərlə ifadə edilə bilməz. İki adam sanki bütün zamanların ən möhtəşəm döyüşlərindən birini reallaşdırırdı. Heç bir zaman unuda bilməyəcəyəm\"
Manny Pacquio: \"Boks dünyası möcüzə bir çempionu, idman dünyası isə böyük bir nümayəndəsini itirdi\"
Joe Freyzer kimdir?
1944-cü ildə 12 uşaqlı ailənin ən kiçik övladı olaraq doğulub.
1964-cü ildə Tokio Olimpiadasında ağır çəkidə ABŞ-a qızıl medal qazandırıb.
Bir il sonra peşəkar boksu seçən Freyzer 1970-ci ildə ağır çəkidə dünya çempionu ünvanını qazanıb.
1971-ci ildə Nyu-Yorkdakı Madison Squaredə Məhəmməd Əlinin məğlubolmaz ünvanını əlindən alıb.
1973-cü ildə Corc Foremana yenilən Freyzer dünya çempionu ünvanını itirib və
1981-ci ildə boks karyerasına son qoyub.
11 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB