"Türkiyədə "Qalatasaray"a rəqib yoxdur!"

"Türkiyədə "Qalatasaray"a rəqib yoxdur!"
İstanbulun "Qalatasaray" futbol klubunun İsveçli ulduz futbolçusu Elmander, isveçli jurnalistlərə açıqlamasında, yeni mövsümdə Türkiyə çempionu olmaq üçün gözəl imkanlara sahib olduqlarını deyib. "Bolton"dan İstanbul klubuna transfer olunan və gözəl oyunu ilə həm baş məşqçi Fatih Terimin, həm də "Qalatasaray" azarkeşlərinin rəğbətini qazanan Elmander, hazırda turnir cədvəlinin lideri olan "Fənərbaxça"ya futbol "avansı" verdiklərini deyərək, "Qalatasaray"ın Türkiyədə rəqibsiz futbol komandası olduğunu açıqlayıb. Elmander bildirib ki, onlar bir sıra qarşılaşmalarda itirdikləri xalları, qarşıdakı oyunlarda ard-arda qazanacaqları qələbələrlə kompensasiya edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə