"Qalatasaray" "Anji" və "Latsio"nun hədəfində olan futbolçunu transfer etmək üçün 2 milyon avro ödəyəcək!
İstanbulun "Qalatasaray" futbol klubu, baş məşqçi Fatih Terimin neçə müddətdir ki, komandasının heyətində görmək istədiyi futbolçunu "cim bom"un sıralarına qatmaq üçün yenidən hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun təcrübəli baş məşqçisi "Mansisaspor" futbol klubunda forma geyinən Yigit Gökoğlanı transfer etmək üçün artıq əməli işə keçib.
Belə ki, "cim bom" rəhbərliyi, Ruysiyanın "Anji" və İtaliyanın "Latsio" futbol klublarının da maraq dairəsində olan bacarıqlı futbolçu üçün komandasına 2 milyon avro təklif etməyə hazırlaşır. Türkiyə mətbuatı xəbər verir ki, "Qalatasaray" rəhbərliyi Y.Gökoğlanın transferini elə bu ayın sonuna qədər yoluna qoymaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB