Azərbaycanda ilk dəfə Türk Döyüş Sənəti SaYoKan üzrə seminar təşkil olunacaq

Azərbaycanda ilk dəfə Türk Döyüş Sənəti SaYoKan üzrə seminar təşkil olunacaq

17-18-19-20 Noyabr 2011-ci il Azərbaycanda ilk dəfə Türk Döyüş Sənəti SaYoKan üzrə "Beynəlxalq Orta Asiya seminarı və Cəng meydanı" keçiriləcək. SİA-nın xəbərinə görə, Dünya SaYoKan Federasiyasının təşəbbüsü və Azərbaycan SaYoKan Döyüş Növləri Mərkəzinin təşkil etdiyi "Beynəlxalq Orta Asiya seminarı və Cəng meydanı" 17-18-19-20 Noyabr 2011-ci il tarixində Sumqayıt şəhər Paralimpia İdman Kompleksində keçiriləcək. Seminara Azərbaycanın rayon və şəhərindən Ağdam, Ağcabədi, Bakı ( Binəqədi, Suraxanı, Sabunçu, Yasamal, Nərimanov rayonları), Beyləqan, Sumqayıt, Dəvəçi, Xaçmaz, Şuşa, Qubadlı, Beyləqan, Fizuli, Qəbələ, İmişli komandaları iştirak etməklə yanaşı, eləcə də xaricdən İngiltərə, Türkiyə, İran, Gürcüstan, Özbəkistan və s. ölkələrdən komandaların iştirakı gözlənilir. Eyni zamanda bu beynəlxalq tədbirə ilk dəfə olaraq SaYoKan Döyüş Sənətinin qurucusu Yabğu Nihat İgidin rəhbərliyi ilə Dünya SaYoKan Federasiyasından DSF-ın Prezidenti Doç. Dr. Unal Ozdemir (Karabük Universiteti, Ədəbiyyat Fakültəsi, Bölmə müdiri) DSF-nin vitse-prezidenti Yrd. Doç. Dr. Mücahit Coşkun (Karabük Universiteti, Dekan yardımçısı) DSF-nin Mərkəzi Hakimlik Komitə başqanı Aybar Halil Kozanoğlu, DSF-nin maliyyə məsələləri başqanı Aybar Emine Yigit qatılacaq.

Azərbaycan SaYoKan Döyüş Növləri Mərkəzinin prezidenti Vasif Namazovun sözlərinə görə, tədbir üçün xüsusi hazırıq görülüb, bütün texniki məsələlər həll olunub: "Bu tədbirin mahiyyəti bizim üçün çox böyükdür. Çünki dili, tarixi, fəlsəfəsi, mədəni dəyərləri Türk xalqlarına aid olan Türk Döyüş Sənəti – SaYoKanın Asiya ölkələrində daha da böyüməsində belə bir tədbirə ehtiyac olduğu üçün və Azərbaycanın bu tədbirdə başda olması bizim üçün çox vacibdir. Bu Dövlətimizin Türk dünyası ilə bağlı aparılan siyasətinin tərkib hissəsidir. Belə olan halda birliyimizi bütün sahələrdə olduğu kimi idman vasitəsilə də həyata keçiririk".

Qeyd edək ki, SaYoKan savaşçının yolu və kanı sözlərinin birləşdirilməsindən əmələ gəlib. Savaşçı sözü ilə necə döyüşçü olacağının yolunu, yəni ağıl və bədən gücünü istifadə edə bilmə qabiliyyətini və intizamını, yolu sözü ilə ərdəmliyi, barışı, çalışqanlığı, sevgini, hörməti tarixdəki böyüklərinin, adət və ənənələrini, qanı sözü ilə də tarixdəki qəhrəmanların birliyini, davamiyyəti məqsədi daşıyır. SaYoKan dünya türklərinin döyüş sənətidir. Ay tərəfindən (aypara) strategiyası, qurd qapanı oyunları ilə, türkcə (oğuz və qıbçaq) anlayışlar bütünü ilə, sıradüzən rütbələri ilə, qəhrəmanlıq oyunları ilə, SaYoKan ın ən üst rütbəsindən ən alt rütbəsinə qədər SaYoKan içində yaşadılan adəti ilə, fəaliyyətlərindəki Türk mədəniyyətinin yaşadılma səyləriylə, mədəni davranış intizamları ilə Türk döyüş sənətidir. Dünya döyüş sənətləri arenasında Türk xalqlarının səciyyəsini, qabiliyyətlərini ortaya başqa döyüş sənətləri ilə deyil Türk döyüş sənəti ilə layiqi ilə sübut etmə dayanıqlılığı nöqtəsində tək Türk döyüş sənətidir. Döyüş sənətləri sahəsində kölə asılılıqdan xilas olma nöqtəsində gücünü, fərqliliyini ortaya qoyan bir döyüş sənətidir. SaYoKan \"Yabgu\" Nihat Yıgıt tərəfindən qurulub. SaYoKanın bugünkü gəldiyi nöqtəyə onun perspektivli işləri və səyləri ilə nail olunub. Hazırda da Türk xalqlarının qatqı və dəstəkləri ilə inkişaf edərək daha da böyüməkdə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə